23 Fevral 16:24
2 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiminlə və hansı səviyyədə əməkdaşlıq etmək qərarı Ermənistanın suveren hüququdur və bu, Ermənistan və onun xalqının maraqlarından irəli gəlir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda fransalı həmkarı Sebastyan Lekornu ilə görüşündə deyib.

“İrana gəlincə, Ermənistan-Fransa əməkdaşlığı Ermənistan üçündür, heç kimə qarşı yönəlməyib, həm Fransa, həm də İranla əməkdaşlıq etmək bizim haqqımızdır. Fransalı tərəfdaşlarımız digər tərəfdaşlarla əməkdaşlığımıza, iranlı tərəfdaşlarımız isə digər tərəfdaşlarla əməkdaşlığımıza hörmətlə yanaşırlar. Hesab edirəm ki, Rusiya da bunu etməlidir. Ermənistanın öz maraqlarından irəli gələn əməkdaşlığa dair heç bir tabu yoxdur. Bu əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib”, - nazir əlavə edib.

Papikyan bildirib ki, 44 günlük müharibədən sonra Ermənistanın təhlükəsizliklə bağlı çağırışlarına ilk cavab verən ölkələr Hindistan və Fransa olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər