27 Fevral 11:51
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT ilə yox, KTMT Ermənistanla münasibətlərini dondurub

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Azat Arşakyan deyib.

Ekspert KTMT ilə əlaqələrini kəsməyə çalışan Ermənistanı “fərari” adlandırıb:

“Ümumiyyətlə, Ermənistan-KTMT münasibətlərində “dondurmaq” termini yoxdur. Ermənistan sadəcə KTMT ilə münasibətlərin dondurulduğunu bildirir, mən isə deyirəm ki, bu qaçmaqdır. Hərbi ittifaqlarda donma, üsyan, anlaşılmazlıq yoxdur, fərarilik var. Sən ya yoldaşsan, ya da fərari.

Defekasiya baş verdi, KTMT defektordur. Hərbi müttəfiqimizə (Rusiya) ehtiyac duyduqda gəlmədi, qaçdı. Eyni şeyi Ermənistan haqda da söyləyə bilərik. Ermənistan da onların müharibələrində iştirak etmir və etməyəcəyini bildirir. İndi iki fərari üz-üzə qalıb”.

Arşakyanın fikrincə, Ermənistan nəhayət Rusiyadan uzaqlaşmalı və müstəqil hərəkət etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər