27 Fevral 14:43
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ətrafında təhlükəli vəziyyət yaranır. Azərbaycanla gərginlikdən sonra Ermənistan Qərb-Rusiya ziddiyyətləri sferasına çəkilir.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Artur Karapetyan deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda yaranmış partlayıcı vəziyyətdən ən çox Ermənistan zərər çəkəcək:

“Bu durum çox incə xarici siyasət tələb edir, amma Ermənistan hakimiyyəti vəziyyəti getdikcə daha da gərginləşdirir, özünü Qərblə Rusiya arasındakı ziddiyyətlər meydanına itələyir. Bu siyasi xəttin kulminasiya nöqtəsi Ukrayna ilə bağlı yeni yanaşmadır. Paşinyan Ukrayna məsələsində Ermənistanın Rusiyanın müttəfiqi olmadığını bəyan edərək neytrallığı pozmağa başlayıb. Ermənistan rəhbərliyi bu əsasda anti-Rusiya təbliğatını dərinləşdirir.

Belə bir siyasi mövqe Ermənistan üçün müsbət nəticə vəd etmir. Paşinyan Zelenskinin yolu ilə gedir. Üstəlik, Ermənistanda durumun mürəkkəb olduğu vaxtda Ukrayna Prezidenti Zelenskinin İrəvana gələcəyi deyilir. Nə Ukrayna, nə də Ermənistan bunu təkzib edib.

Zelenskinin mövcud şərtlər daxilində niyə Ermənistana gələcəyi sual yaradır. İlk növbədə, Ukraynanın Qarabağla əlaqəli mövqeyini nəzərə almaq lazımdır. Kiyev Qarabağa istinad edərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edib. Üstəlik, 1993-cü ildən Ukrayna mütəmadi olaraq Azərbaycana silah tədarük edib.

44 günlük müharibədən sonra Prezident İlham Əliyevi ilk təbrik edənlərdən biri də Zelenski olub. Bir sözlə, Ukrayna Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycana birbaşa dəstək verir”.

Karapetyan hesab edir ki, Ukrayna liderinin səfəri Ermənistan üçün proqnozlaşdırıla bilən və müəyyən mənada gözlənilməz ağır nəticələrə səbəb ola bilər:

“Qərbin Ukraynada Zelenski ilə olduğu kimi burada da Paşinyanın əli ilə Ermənistanı öz maraqları üçün qurban verəcəyi istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər