Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki fəaliyyətini de-yure də dayandıra bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, İrəvanın qurum daxilindəki fəaliyyətinin faktiki olaraq dondurulduğunu diqqətə çatdırıb: “Əgər məsələlər həllini tapmasa, de-yure olaraq da bunu edəcəyik”.
Hökumət başçısının sözlərinə görə, KTM T ilə münasibətlərin dondurulması həm də Ermənistanın qurum daxilindəki nümayəndəsinin olmaması deməkdir.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl söyləmişdi ki, rəsmi İrəvan KTMT-də iştirakını dondurub. Rəsmi Moskva isə bununla bağlı Ermənistandan izahat tələb etmişdi.