22 May 15:01
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda İranın dini lideri Əli Xameneyi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, baş nazir İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Əmir Hüseyn Abdullahianın və onları müşayiət edən şəxslərin vəfatı ilə əlaqədar başsağlığı verib.

Xameneyi və Paşinyan Ermənistan və İranın isti və dostluq münasibətlərinin inkişafı və genişləndirilməsinə yönəlmiş addımları davam etdirəcəyinə inandıqlarını söyləyib.

Ermənistan baş naziri İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə də görüşüb. Paşinyan görüşdə Rəisi ilə təkcə tərəfdaşlıq yox, həm də yaxın dostluq əlaqələrinin olduğunu və bunun Ermənistan-İran münasibətlərində əks olunduğunu vurğulayıb. Baş nazir ümidvar olduğunu bildirib ki, İbrahim Rəisi ilə nəzərdə tutulan planlar davam edəcək.

Möhbər əmin edib ki, Rəisi ilə nəzərdə tutulmuş Ermənistan-İran münasibətlərinin inkişafına yönəlmiş bütün proqramlar davamlı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər