23 May 10:28
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvanda növbəti mitinqə hazırlaşan revanşistlər təxribat törədə bilərlər.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

Onun sözlərinə görə, Baqrat planlaşdırılan aksiyanı döyüşə bənzədib. Arakelyan bu kontekstdə Qalstanyanın arxasında hakimiyyətləri dövründə siyasi qətllərin baş verdiyi qüvvələrin – Köçəryan-Sərkisyan tandeminin dayandığını xatırladıb.

Ekspert əlavə edib ki, din xadimləri heç vaxt onlar haqda danışmırlar, çünki xalqın onları dəstəkləmədiyini bilirlər.

“Mayın 9-da xalq onlara dəstək olmadığına görə, mayın 26-da təxribat törətməyə çalışacaqlarını güman etmək olar. Çünki Qalstanyan vaxtilə dövlət çevrilişi və silahlı hücumlar həyata keçirmiş qüvvələrlə işləyir. Buna görə də onlardan hər hansı bir gediş istisna edilməməlidir”, - politoloq vurğulayıb.

Arakelyan qeyd edib ki, artıq Serj Sərkisyan hakimiyyət dəyişikliyi üçün hər şeyə hazır olduqlarını açıqlayıb.

Həmçinin o söyləyib ki, Baqrat Robert Köçəryanın oğlu Levon Köçəryana yaxınlığı ilə seçilir: “Planlarının “27 oktyabr” (1999-cu ildə parlamentin gülləbaran edilməsi) kimi - Köçəryan üslubunda olacağını söyləmək olar. İstisna etmirəm ki, bu qondarma hərəkatın nümayəndələri “27 oktyabr” ssenarisini təkrarlamaq istəyəcəklər”.

Qalstanyanın belə niyyətlərdən xəbərdar olmasının mümkün olub-olmadığını soruşduqda Arakelyan deyib:

“Nə qədər ki ibtidai istintaqın təfərrüatları yoxdur, yalnız fərziyyələr irəli sürmək olar. Amma Baqrat əvvəllər özünü etirazçı ruhani kimi təqdim edərək hərəkatın əsas məqsədlərini gizlədirdisə, indi Köçəriyana meylli kriminal oliqarxiya nümayəndələrindən təşkil olunduğu qruplaşmanı artıq gizlətmir. İstənilən halda mitinq günü nə baş versə, bunun üçün bütün məsuliyyəti Qalstanyan və arxasında duran adamlar daşıyacaq”.

Eyni zamanda, politoloq əlavə edib ki, erməni kilsəsi katolikos II Qareginin xeyir-duası ilə dövlətə qarşı çıxır: “Buna görə də, kilsə islahatlarına böyük ictimai tələbat var və məsələlər qanunvericilik səviyyəsində həll edilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər