23 May 11:44
4 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ştatlar Vaşinqtonun İrəvana dəstyini artırması üçün hansı addımlar ata biləcəyini müəyyənləşdirməkdən ötrü Ermənistanın bir sıra müraciətlərini araşdırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı deyib.

“Ermənistanla dəstəyimizi və əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etməkdən ötrü Ermənistandan gələn bir sıra müraciətləri araşdırırıq”, - dövlət katibi bildirib.

Blinken xatırladıb ki, aprelidə Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistan baş naziri Nikol Paşinyanla birgə görüşü olub. Dövlət Departamenti rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr ABŞ və Avropa İttifaqının Ermənistanı dəstəkləmək üçün daha nə edə biləcəyini öyrənmək məqsədi daşıyıb.

“Bir sıra müxtəlif sahələrdə irəliləyəcəyik”, - Blinken heç bir izahat vermədən qeyd edib.

Dövlət katibi Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalayacağına da ümid etdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər