23 May 12:13
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalif siyasi qüvvələr arasında revanşist “Vətən naminə Tavuş” Hərəkatının rəhbəri Baqrat Qalstanyanın baş nazirliyə namizədliyi ilə bağlı razılaşma var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Erməni nəşri bildirir ki, Baqratın özü namizəd və mümkün hakimiyyət dəyişikliyində müvəqqəti də olsa, baş nazir olmaq istəmir:

“Baqrat Qalstanyanın namizədliyi ilə bağlı siyasi qüvvələrin əldə etdikləri konsensusa qədər həm siyasi, həm də dini sahədən bir sıra adlar müzakirə edilib. Xüsusilə, Arman Tatoyan (keçmiş ombudsman), Qriqori Xaçaturov (keçmiş Baş Qərargah rəisi, general-polkovnik, Şirak Yeparxiyasının rəhbəri Mikayel Acapahyan və digərlərinin adları çəkilsə də, müzakirələr zamanı heç bir namizədlə bağlı geniş konsensus əldə olunmayıb.

Məlum olub ki, təkcə keşişlə (Baqrat) bağlı fikir ayrılığı yoxdur, buna görə də onun namizədliyi ilə razılaşma əldə edilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər