24 May 10:08
3 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Türkiyə hələ sərhədləri açılmayıb, amma yükləri qəbul etməyə hazırdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan dünən Avropa Birliyinin (AB) İrəvandakı səfiri Vassilis Maraqosu Türkiyə sərhədinin Marqara sərhəd-keçid məntəqəsində müşayiət edib. Komitə sədri avropalı diplomata sərhəd-keçid məntəqəsinin hazır olması barədə məlumat verib. Məntəqə xidmət zalı, yoxlama sistemi, yüklərin qəbulu anbarı, parkinq, texniki avadanlıqlar və beynəlxalq standartlara uyğun digər infrastrukturlar tam hazır vəziyyətdədir. Yəni yükləri qəbul etməyə hazırdırlar, amma sərhəd hələ açılmayıb.

Türkiyə şərt qoyub ki, Azərbaycanın bütün tələbləri yerinə yetirilməyənə qədər sərhəd açılmayacaq. Amma Ermənistan rəhbərliyi və AB səfirinə görə, o gün uzaqda deyil”, - nəşr bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər