26 May 22:03
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən öz mövqeyimi bir daha demək istəyirəm ki, müasir dünyada delimitasiya edilmiş sərhəddən daha effektiv təminat yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Əskipara kəndinin sakinləri ilə söhbəti zamanı deyib.

“Konkret olaraq evimiz beş-altı yüz metr aralıda yerləşir. Piyada getsə, azərbaycanlı mənim evimə 2-3 dəqiqəyə çatar. Özümüzü təhlükəsiz hiss edə biləcək mexanizm varmı”, - sualına cavab verən Paşinyan deyib ki, demarkasiya olunmuş sərhəd boyu razılığa gəlinib

"Azərbaycan və Ermənistanın sərhəd xidmətləri beş metr məsafədə bütün demarkasiya olunmuş sərhəd boyu iki metr tikanlı məftillə sədd çəkəcəklər. Hər iki tərəfdə xətt var. Bu, Ermənistan Respublikasının ərazisinin ifadə olunduğu xəritədir. Mən sizə zəmanət verirəm ki, Ermənistan Respublikası ərazisindən bir millimetr də olsun belə torpaq ayrılmayıb. Başa düşürsən? Bu uşaqlar burada təhlükəsizlik təhdidləri olmadan yaşamalıdırlar. Və bu bizim problemimizdir. Tənqidiniz bizə ən düzgün qərarlar verməyə kömək edir. Biz bu gün bu məsələni həll etməliyik”, - Paşinyan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər