27 May 00:12
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı hərbi avtomobillə toqquşub.

Teleqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.

***

Ermənistanda N saylı hərbi hissənin əsgəri Ararat Aroyan aldığı xəsarətlər nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.

Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər