27 May 10:00
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Birinci Kanal”ı revanşist “Vətən naminə Tavuş” Hərəkatının dünən axşam İrəvanda (“Respublika” Meydanı) keçirilən mitinqinə “100 mindən çox insan”ın qatıldığını bildirib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Nikol Paşinyana məxsus “Haykakan Jamanak” qəzeti Rusiyanın dövlət kanalının yanlış və əsassız məlumatlar yaydığını yazıb.

Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar Birliyi” adlı QHT mitinqdə 23 100 nəfərin iştirak etdiyini açıqlayıb. Hesablama iştirakçıların fərdi hesablanması yolu ilə aparılıb.

Bu gün səhər saatlarından yenidən başlayan aksiyalara təxribatçı keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Rusiyanın bir sıra media qurumları və ekspertlərinin revanşistləri açıq şəkildə dəstəkləməyə başlamaları da diqqətdən yayınmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər