27 May 09:52
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan polisi İrəvanda itaətsizlik aksiyalarına qatılanların saxlanılmasına başlayıb.

Teleqraf.com xəbər verir ki, saxlanılanlar arasında revanşist “Ermənistan” blokunun deputatı Artur Sərkisyan, həmçinin KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var.

Ermənistanda səhər saatlarından etiraz aksiyaları başlayıb, İrəvana gedən bir sıra yollar bağlanıb. Paytaxtda da bir sıra yollar və küçələrin bağlanması haqda məlumat var.

Ermənistan Daxili İşlər Nazirliyi aksiyalarda təxminən 140 nəfərin saxlanıldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər