27 May 17:31
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist “Vətən naminə Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanı növbəti dəfə görüşə çağırıb.

Teleqraf.com xəbər verir ki, bundan əvvəlki çağırışları nəticə verməyən keşişin ümidi baş naziri təhqirlə görüşə məcbur etməyə qalıb.

“Əgər kişidirsə, görüşəcək. Onun gedişi gündəmdədir. Görüşdə əlini nə vaxt hakimiyyətdən çəkəcəyini soruşacam”, - Qalstanyan bildirib.

Keşiş mayın 9-da İrəvanda mitinqə başlayanda Paşinyana hakimiyyətdən getməsi üçün bir saat vaxt vermişdi. Ermənistan rəhbəri indiyədək nə istefa, nə də Qalstanyanın görüş təkliflərini müsbət cavablandırıb.

Mayın 9-dan aksiyasını azsaylı etirazçı ilə davam etdirən Baqrat mayın 26-da yüzminlərlə insanın iştirakı ilə həlledici mitinqə başlayacağını bəyan etsə də, bu cəhdi də alınmayıb. Hazırda azsaylı etirazçı ilə İrəvan küçələrini dolaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər