27 May 15:46
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Ermənistanın digər bölgələrində keçirilən aksiyalardan polis bölmələrinə ümumilikdə 284 vətəndaş gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.

Açıqlamada deyilir ki, saxlanılanlar polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə nəzərdə tutulmuş tədbirlərlə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, İrəvanda bağlı küçə və yollar yoxdur.

Xatırladaq ki, özünü baş nazirliyə namizəd elan edən Vazgen (Baqrat) Qalstanyanın rəhbərliyi ilə səhər saatlarından İrəvanda “itaətsizlik aksiyaları” başlayıb. Qalstanyan şəhərin aksiyalarla iflic ediləcəyini bəyan etsə də, bu planı baş tutmayıb. Aksiyaya nəzərdə tutduğu qədər insan qatılmayıb. Hazırda aksiya azsaylı etirazçı ilə davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu