28 May 00:42
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan revanşistlərin qanlı planlarının qarşısını almaq üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Keşiş özü belə bir plan hazırlaya bilməzdi, ancaq yürüş başlayacağına qərar verə bilərdi, onu da etdi. Sonrakı addımlarını kənardan aldığı təlimatlar əsasında həyata keçirməyə başlayıb. Planı tərtib edənlər bunu Ermənistanda qan tökülməsi ssenarisini əsasında yazıblar, çünki Baş nazir Nikol Paşinyanı devirmək üçün bütün digər addımlar işə yaramadı.

Düşünürlər ki, qan tökülməsi vətəndaş qarşıdurmasını gücləndirəcək və bu, Paşinyanın mövqelərini zəiflədəcək. Ancaq Paşinyan daxili və xarici qüvvələrin birgə hazırladıqları son planın mahiyyətini anladığından polisə radikalları “tut” əmrini verib”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər