28 May 11:42
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan 2020-ci ildə baş verən müharibədə reallığı dərk etdiyi üçün salamat qaldı.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “Respublika Günü” münasibətilə xalqa müraciətində deyib.

“2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası məhz bizə reallığı yeni dərk və reallığa təsir etməyə imkan verən yeni düşüncə tərzlərinin konturlarına görə ayaqda qaldı. Bu yeni düşüncə tərzi və baxış bucaqları göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, salamat qalmağın açarıdır. Hökumətimiz bu üsulla Ermənistan Respublikasına rəhbərlik edir”, - baş nazir bildirib.

Paşinyan əlavə edib ki, Ermənistanın bundan sonrakı strategiyası reallığa uyğun hərəkət etmək olacaq: “Söhbət həm də ondan gedir ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil, həyat lazımdır. Ehtiyatlı, çətin, amma biz məhz bu yolla gedirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər