İrəvanın Fələstin dövlətinin tanınması ilə bağlı bəyanatından sonra İsrail Xarici İşlər Nazirliyi sərt xəbərdarlıq etmək üçün Ermənistanın Təl-Əvivdəki səfiri Arman Akopyanı danışıqlara çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın Fələstin dövlətini tanımasından sonra Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirinə şiddətli töhmət verib”, - açıqlamada deyilir.
Ermənistan XİN bundan əvvəl Fələstin dövlətini tanıdığını açıqlayıb.