İrəvanda hakim "Mülki Müqavilə" partiyasının binası yaxınlığında atışma olub. Məlumata görə, insident nəticəsində yaralanan var.
Teleqraf.com xəbər verir ki, ərazidən güllə gilizləri aşkarlanıb.
Bildirilir ki, atıcı Ermənistanda məşhur olan Areşli "Samiko"nun oğludur.
O, polis tərəfindən təqib edilərək zərərsizləşdirilib.