“Gallup” beynəlxalq sorğu təşkilatı Ermənistanda sorğu keçirb.
Teleqraf.com xəbər verir ki, sorğular telefon zəngləri vasitəsilə aparılıb, respondentlərin sayı 1100 nəfər olub.
Ermənistan vətəndaşlarına belə bir sual ünvanlanıb:
“Məsələn, gələn bazar günü parlament seçkiləri olsa, hansı partiya və ya bloka səs verərdiniz?”.
Ermənilər suala belə cavab veriblər:
Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası - 14.4 faiz
Sabiq prezident Robert Köçəryanın “Ermənistan” Alyansı – 3.7 faiz
“Demokratiya, Hüquq, Nizam-İntizam” Bloku – 3.5 faiz
Sabiq prezident Serj Sərkisyanın “Şərəfim Var” Alyansı – 2.3 faiz
“Vətən naminə Tavuş” Hərəkatının lideri Baqrat Qalstanyan – 1.5 faiz
Respondentlərdən digər pariya və blokların adlarını çəkənlər də olub.