12 İyul 15:40
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnanıram ki, sərhədlərin açılması hər iki ölkənin, xalqın mənafeyinə uyğundur və bu, tezliklə baş verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan Türkiyə ilə sərhədin açılıb-açılmayacağı barədə danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın açıq sərhədləri reallığa çevirmək üçün siyasi iradəsi var.

“Qonşularımızla münasibətlərlə bağlı öz mövqeyimizi ifadə etmişik, bu, regional nəqliyyat infrastrukturunun (dəhlizlərinin – red.) açılması ilə bağlıdır, deməliyəm ki, bir çox ölkələr, o cümlədən Çin də bu gündəliyi dəstəkləyir. İnanırıq ki, sərhədlərin açıq olması və bu cür maneələrin aradan qaldırılması ilə erməni xalqı üçün həm həyat səviyyəsi, həm təhlükəsizlik səviyyəsi, həm də uzunmüddətli sülhün bərqərar olması baxımından daha əlverişli şərait yaranacaq. Bu yaxınlarda Xarici İşlər Nazirliyi bəyan etdi ki, diplomatik pasportlara malik şəxslər üçün sərhədlər açıq olacaq. Ümid edirəm ki, bütün bu tədbirlər ən qısa zamanda həyata keçiriləcək”, - Arşakyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər