12 İyul 20:29
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni xalqı başa düşürmü ki, belə qondarma tərəfdaşlıq münasibətləri praktikada müdafiə, qəyyumluq, yardım demək deyil. Bu mexanizmin əsl məqsədi müəyyən bir ölkənin ABŞ-ın xarici nəzarətinə keçməsinə şərait yaratmaqdır. Onlar sizə qərar verməkdə kömək edəcəklər, lakin maraqlarınızı nəzərə almadan yerinizi, resurslarınızı, imkanlarınızı istifadə edəcəklər. Amerikalıların bu niyyəti canfəşanlıqdan da görünür, baxmayaraq ki, əvvəllər belə fəaliyyət müşahidə olunmurdu. İndiyə qədər Ermənistan da çox çətin tarixi məqamlar yaşayıb. Keçmişdə ABŞ-a səxavət göstərməyə, kömək etməyə nə mane olurdu"?

Teleqraf.com i xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Amerika rəsmilərinin İrəvana səfərləri estafet rejiminə keçib.

Zaxarova qeyd edib ki, bu yaxınlarda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer Ermənistanda olub: "Samantha Pauel Ermənistana yardım elan etdi. Amerikalılar Serbiyaya da belə yardım vəd etmişdilər, lakin Serbiya heç nə almadı. Ola bilsin ki, indiki Ermənistan hakimiyyəti deyil, amma yenə də gələcəkdə Amerikaya ödəməli olacaqsınız. Çünki onlar yatırılan hər senti də geri tələb edirlər. ABŞ-nin göstərdiyi qayğının, belə deyək, diqqətin əvəzini kim, nə qədər və necə ödəyəcək? Bu da yaxşı sualdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər