Ermənistan Prezidenti Vaaqn Xaçaturyan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 15-də bu ölkəyə gedəcək.
Teleqraf.com xəbər verir ki, prezidentlər Tokayevin iqamətgahında danışıqlar aparacaq və iki ölkənin əməkdaşlığının inkişaf gündəliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Ermənistan prezidenti bundan öncə oktyabrın 10-11-də Türkmənistanda səfərdə olub, Aşqabadda keçirilən beynəlxalq forumda iştirak edib.
Xaçaturyan Aşqabada Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə gedib.