18 Dekabr 17:32
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri Ermənistanı öz təsir zonasına çəkməyə və Gürcüstanda vəziyyəti destabilləşdirməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gersimov deyib.

Onun sözlərinə görə, bu cəhdlər Ukrayna ssenarisi üzrə bu ölkələri aktiv anti-Rusiya aksiyalarına cəlb etməkdə həmin qüvvələrin maraqlı olduğunu göstərir.

“Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Regiondankənar oyunçuların, ilk növbədə ABŞ və Avropa İttifaqının bölgədə mövqelərini möhkəmləndirmək, Gürcüstanı öz təsir dairəsində saxlamaq və Ermənistanı təsir orbitinə çəkmək istəyi regionun inkişafına dağıdıcı təsir göstərir”, - Gerasimov bildirib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər