19 Dekabr 20:14
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz silahları sırf Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün, yəni müdafiə məqsədləri üçün alırıq və hədəflərimiz şəffafdır".

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Bizə deyirlər ki, müdafiə məqsədi ilə müdafiə silahları alınmalıdır. Ancaq müdafiəni yalnız müdafiə silahları ilə təşkil etmək mümkün deyil. Məsələn, əgər Ermənistan yüksək müasir hava əleyhinə və elektron müharibə vasitələrinə malik olsaydı, quru hücumu zamanı özünü necə müdafiə edərdi? Azərbaycan da müdafiə xarakterli olmayan silahlar alır" - Paşinyan deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər