Ermənistan hökuməti Rusiya telekanallarının ölkə ərazisində yayımını dayandırmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.
Nəşr yazır ki, Paşinyan hökuməti uzun müddətdir Ermənistanda Rusiya kanallarının multiplekslərdən çıxarılması məsələsini aktiv şəkildə müzakirə edir:
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasına yaxın mənbələrimiz bildirir ki, Paşinyan hakimiyyətinin bu məsələdə, yəni Ermənistanda Rusiya telekanallarının yayımını birdəfəlik kəsmək barədə yekun qərarı var.
Mənbəmizin sözlərinə görə, proses yanvar ayından başlayacaq. Yeri gəlmişkən, hakimiyyətin multipleksdə olmayan Rusiya kanallarının yayımını məhdudlaşdırmaq variantları tapmağa çalışdığı barədə də məlumat var”.