17 Dekabr 10:53
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 26-da Ermənistanda olan Polşa Prezidenti Anjey Duda Baş nazir Nikol Paşinyana bahalı hədiyyə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim edilən “Dövlət vəzifəliləri və ya dövlət qulluqçularının hədiyyələrinin qeydiyyatı blankı”na əsasən, noyabrın 26-da Paşinyan Dudadan 3 cüt bahalı daşlarla işlənmiş 925 əyarlı gümüş qol düyməsi alıb.

Zinət əşyalarının dəyəri 74 min 577 dramdır.

Xatırladaq ki, Polşa prezidenti səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) missiyası ilə Azərbaycanla sərhəddə də olmuşdu. Dudanın bu təxribatçı addımı rəsmi Bakı tərəfindən sərt təpki ilə qarşılanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər