Parisə səfəri çərçivəsində Ermənistan müdafiə naziri Suren Papikyan Fransa prezidentinin hərbi müşaviri, xüsusi təyinatlı hərbi qərargahın rəisi, ordu generalı Fabyen Mandonla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Ermənistan-Fransa müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətraflı müzakirə olunub. Bura hərbi təhsil, təlim proqramları və hərbi-texniki məsələlər daxildir.
Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunulub.