28 Aprel 2023 14:41
4 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

Teleqraf.com-un məlumatın görə, 1 saat davam edən yarışda nəticələr bəlli olub.

Burada ən yaxşı nəticəni keçən il Bakıda keçirilən “Formula-1”Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen olub.

Onu ikinci sırada “Ferrari” komandasının pilotu Charles Leclerc izləyib.

Üçüncü yerdə “Red Bull” komandasının sürücüsü Serxio Peres olub.


Müəllif: Tapdıq Qurbanlı