29 Aprel 2023 22:29
5 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı səmasına min ədəd dron qalxıb.

Teleqraf.com xəbər verir ki, uçan aparatlar sayəsində Azərbaycanda ilk dəfə möhtəşəm şou nümayiş etdirilib.

Şou Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

Həmçinin, bulvarda dünya şöhrətli DJ Hardwell-in konserti keçirilib

***

19:01

2023 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günü, 29 aprel tarixində ölkəmizdə ilk dəfə irimiqyaslı dron şou nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, saat 21:45-də baş tutacaq şouda 1000 ədəd dron eyni vaxtda səmaya qalxaraq bənzərsiz görüntü sərgiləyəcək. Dron performansı ilə eyni zamanda dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardwell Dənizkənarı Bulvar səhnəsində təkrarsız ifası ilə azarkeşləri coşduracaq. Yüksək templi canlı ifa dinamik vizual effektlərlə müşayiət olunaraq şəhər sakinlərinin və çoxsaylı xarici qonaqların zövqünü oxşayacaq.

Qeyd edək ki, Bakı yarışı çərçivəsində uzun fasilədən sonra baş tutacaq möhtəşəm konsert proqramı eyni vaxtda yarışı canlı izləyən 30 minə yaxın F1 azarkeşlərinin böyük marağına səbəb olacaq.


Müəllif: Tapdıq Qurbanlı