Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, dəyişiklik “Vətəndaşların müraciəti haqqında” Qanunla bağlıdır. Həmin qanunda "15 iş günləri" sözü, "15 iş günü" sözü ilə əvəz edilir.
Məhz bu düzəliş “Hərbi qulluqçuların statusu haqqında” Qanunda da qeyd edilir.
Xatırladaq ki, Milli Məclis analoji texniki dəyişikliyi İnzibati Xətalar Məcəlləsində və “Prokurorluq haqqında” Qanun layihəsində də edib.
Nemət