Bu gün Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bildirib.
Onun sözlərinə görə, səfər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Gözlənilir ki, Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə danışıqlar aparacaq.