“Hörmətli millət vəkili, verilişlər bağlansın, heç bir sosial problem işıqlandırılmasın, insanlara yalnız pozitiv yalançı xəbərlər verək? Azərbaycanda heç bir vətəndaşın problem yoxdur?”
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə Tarix(Tolik) Əliyev aparıcı Xoşqədəm Hidayətqızınını müdafiə edərkən yazıb.
Xoşqədəm Hidayətqızının verilişində İmişlidə atanın qızını zəncirləyərək tövlədə saxlaması ilə bağlı süjet efirə gedib. Millət vəkili Aqiyyə Naxşıvanlı isə mətbuata açıqlamasında aparıcını şou yaratmaqda günahlandırıb.
Tolik parlamentin Elm və təhsil komitəsinin üzvü olan millət vəkilinin fikirlərinə etirazını bu sözlərlə davam etdirib: “Siz komitə üzvü olaraq bu problemləri araşdırıb rayonlarada monitorinq aparmırsınızmı? Yoxsa işiniz yalnız xaricdə oxuyan imkanlı uşaqların ailəsinin problemilərni işıqlandırmaq üçün fəaliyyət göstərirsiz?
Mən bu ölkənin vətəndaşıyam və efirə baxıb öz cibimdən hansısa imkansıza əl tutmuşam. Bununla şou yaratmamışam.
Siz cibinizdən 500 manat verib, hansına kimsəsizə nəsə etmisinizmi? Yox! Əgər o qızı tövlədən çıxarılıb, həyata qaytarıblarsa, burada nə qəbahət var? Onun təhsili yoxdur. Bəlkə də təhsil alsaydı, millət vəkili olardı və kasıbların halına yanardı”.
Aylin