8 Oktyabr 2016 01:35
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun gücü, həqiqətən də, ilbəil artır. Bunu təkcə biz demirik, beynəlxalq qurumlar və araşdırma mərkəzləri də təsdiq edir. Hazırda Azərbaycan Silahlı Qüvvələri Qafqazın ən güclüsüdür, dünyada da güclülər sırasındadır.

Bunu Milli.Az-a hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azərbaycanın Ordusunun dünyanın ən güclüləri siyahısında irəliləməsi faktını şərh edərkən deyib.

Generalın fikrincə, Azərbaycan Ordusunun ilbəil güclənməsinin bir neçə səbəbi var:

"Bunun kökündə, ilk növbədə, ordunun peşəkarlığına diqqətin artırılması. İkincisi, ordunun müasir silah və texnika ilə təchiz edilməsi, onun maddi-texniki təminatı, üçüncüsü, şəxsi heyətin, müddətdən artıq hərbi qulluqçuların və gizirlərin o silah və texnikaya peşəkarcasına yiyələnməsi, dördündücü, orduda nizam-intizamın daha yüksək səviyyəyə qaldırılması, beşincisi, Ermənistandan fərqli olaraq Azərbaycan ordusunda sistemin, böyük və kiçik miqyaslarda, yəni həm birlik və birləşmələrin, həm də hərbi hissə və bölmələrin hərbi təlimləri vaxtlı-vaxtında keçməsi, taktiki vərdişlərin təkmilləşdirilməsi durur.

Reytinqdə, əsasən, ordunun hərbi-texniki gücü, müasir silah və texnikalarla təchiz edilməsi, onların sayı və keyfiyyəti nəzərə alınır

Amma hər bir orduda nizam-intizam və peşəkarlıq faktoru böyük rol oynayır. Yəni zabit, gizir və əsgərlərin həmin silah və texnikanı dərindən mənimsəməsi, onun taktiki-texniki xarakteristikasını və tətbiqi qaydalarını bilməsi, ondan atışlarda dəqiq istifadə etməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bu faktorlar da son illər Azərbaycan ordusunda var. Bunu elə cəbhədəki aprel əməliyyatları da sübut edir".

Qeyd edək ki, ABŞ-ın "Global Firepower" (GFP) araşdırma mərkəzi ən güclü orduların yeni reytinqini açıqlayıb. 126 ölkənin yer aldığı siyahıda orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülüb. Reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb. Azərbaycan isə dünyanın ən güclü orduları sırasında 60-cə yerdədir. Müqayisə üçün deyək ki, Ermənistan bu siyashıda 94-cü pillədə dayanıb.

Xatırladaq ki, GFP-nin ötənilki reytinq cədvəlində Azərbaycan Ordusu 63, Ermənistanınkı isə 74-cü yerdə idi.


Müəllif:

Oxşar xəbərlər