17 Noyabr 2016 10:35
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əvvəllər müəllimlərin peşə hazırlığında formal məqamlar müşahidə olunurdu. Bir müddət kursa gedirdilər. Onların nəsə öyrənib-öyrənmədiyini bilmək sual altında idi".

Teleqraf.com-un məlumatına görə, bunu bu gün Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə "Təlimin keyfiyyərinin yüksəldilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov deyib.

Rektorun sözlərinə görə, müəllimlər artıq hazırlanmış proqram əsasında təlim keçirlər: "Dövlət orqanları bu təlimlərin yaxşı keçməsi üçün əvvəlki formanı dəyişib. Görülən işlərin məqsədi ölkədə tədrisin keyfiyyətini yüksəltməkdir".

Cəfər Cəfərov qeyd edib ki, ölkədə savadlı müəllimlərin sayı artıb: "Yaxşı məktəb, yüksək keyfiyyətli tədris ölkəmizin strateji hədəflərindəndir. Zəif dövlət - zəif məktəb deməkdir".

Pedaqoji Universitetin rektoru bildirib ki, hazırda bütün məktəblərdə tədrisin keyfiyyətini yaxşılaşdırmaq mümkün deyil: "Onların inkişafı üçün yüksək savadlı və hazırlıqlı müəllimə ehtiyac var. Yaxşı olardı ki, rayonlarda özəl məktəblər yaradılsın".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər