Ukrayana dövlət başçısı Pyotr Poroşenko hərbi qulluqçuların təltif olunması haqqında sərəncam imzalayıb.
Slavyansk və digər şəhərlərin azad olunmasında xüsusi ilə fərqlənən Ukrayna dövlət qulluqçularının mükafatlandırılması haqqında yeni sərəncam imzalanması ilə bağlı prezidentin saytında məlumat yerləşdirilib.
Ukraynanın yeni Müdafiə naziri Valeri Qeletey də hərbi qulluqçuları mükafatlandıraraq bildirib:
“Bir çox zabitlər vaxtından əvvəl hərbi rütbələrə və medallara layiq görülüblər”.
Xatırladaq ki, Slavyanskda inzibati binaların ələ keçirilməsi ilə başlanan qarşıdurmalar daha sonralar Donetsk və Luqanskda münaqişələrin yaranmasına səbəb olmuşdu.
/axar.az/