4 Fevral 2017 11:53
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında 70-i haqlamış aktyorlar yarımştata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə xalq artisti Yasin Qarayev məlumat verib.

Yasin Qarayev bildirib ki, bunun səbəbini teatr rəhbərliyi maliyyə böhranı ilə əlaqələndirib:

“Bu gün teatrın rəhbərliyi yaşı yetmişi haqlamış və yetmişi keçmiş aktyoları üç-üç, dörd-dörd başqa-başqa saatlarda qəbula çağırtdırmışdı. Bu sırada mənimlə yanaşı xalq artisti və fərdi Prezident təqaüdçüləri olan Cənnət Səlimova, Ağaxan Salmanlı, Vaqif Ağayev də var.

Məlum oldu ki, sən demə, ölkədə ağır maliyyə böhranı gedir. Odur ki, bu insanlar nisbi təminatlı olduqlar üçün mədəniyyət və incəsənətə olan böyük xidmətlərini nəzərə alıb, işdən çıxartmamaq şərti ilə yanvarın 1-dən yarımştata keçiriliblər ki, bununla ölkə maliyyə böhranından çıxacaq.

Təbii ki, bu həmgamədən ölkə başçısının hələlik xəbəri yoxdur. Olsun ki, bu hoqqanı nə üçünsə cırtdan məmurlar düşünüb. Bizim borcumuz Cənab Prezidentimizi məsələden hali etməkdir”.

Nərmin


Müəllif: