Fevralın 9-da Rusiyanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsi əməkdaşlarının Minskdən Bakıya ekstradisiya olunan Aleksandr Lapşinlə görüşü baş tutub.
Bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Denis Apaşkin deyib.
D.Apaşkin qeyd edib ki, A.Lapşinin saxlanma şəraitindən şikayəti yoxdur:
"O, vəkillə təmin edilib, telefonla danışmasına imkan yaradılıb. Özünü yaxşı hiss edir"