Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini bildirib.
O, Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə çıxış edən Ramazan Zeynalovun vəkili bildirib ki, Müğdət Həşimov mənimsəmə ittihamı tam sübuta yetirilib. Hüquqşünas qeyd edib ki, təqsirləndirilən şəxsin dələduzluq və mənimsəmə cinayətləri törətməsi ilə bağlı kifayət qədər sübutlar var: "Təqsirləndirilən şəxs yalan danışa bilər. Amma işdə sübutlar var, Müğdət Həşimov Ramazan Zeynalovun pulunu alıb. Ona 15 ilə qədər cəza təyin edilməsini xahiş edirik".
Müğdət Həşimovun vəkili Elçin Sadıqov çəxış etmək üçün vaxt istəyib. Hakimlər onin istəyini nəzərə alıb.
Proses fevralın 27-də davam edəcək.
İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.
Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib. Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.
“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib.
“Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.
Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib.
İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.
Hacı Zeynalov