Kiyevdə Ukrayna Prezidenti Pyotr Poroşenko Azərbaycanın, Moldovanın və Gürcüstanın hökumət rəhbərləri ilə görüşüb.
Teleqraf.com Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən xəbər verir ki, Pyotr Poroşenko Bakıya sonuncu səfəri zamanı səmimi qəbula görə Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib: “Azərbaycan Ukraynanın vacib strateji tərəfdaşıdır. Biz ölkələrimiz arasında, həmçinin GUAM ölkələrinin əməkdaşlığı çərçivəsində mövcud olan münasibətləri bundan sonra da davam etdirmək niyyətindəyik”.
Səfirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, həmçinin Ukrayna Prezidenti Pyotr Poroşenko və Azərbaycan baş nazirinin müavini İsmət Abbasov arasında qapalı görüş keçirilıb.