6 İyul 2017 19:51
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbyacanın mülki əhalisini hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və azyaşlı qız uşağını vəhşicəsinə öldürməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir və əsl vəhşilikdir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı bildirib.

O qeyd edib ki, mülki əhalinin hədəf seçilməsi azərbaycanlıların gözünü qorxutmağa yönəlib: “ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar belə hərəkətlərə konkret və qəti münasibət bildirməlidilər. Heç şübhəsiz, təcavüzkarın bu vəhşi hərəkəti cavabsız qalmayacaq və layiqli cavabını alacaq. Bütün baş verənlər üçün məsuliyyət işğalçı, cinayətkar Ermənistanın üzərindədir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər