6 İyul 2017 18:59
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Bu kədərli günlərdə Sizə dəstəyimizi bildirməyi və ölkələrimiz arasındakı möhkəm dostluğu vurğulamağı vacib hesab etdim.

Zati-aliləri, icazə verin son günlərdə həyatlarını itirənlərlə bağlı başsağlığımı çatdırım və yaralananların tezliklə şəfa tapmalarını diləyim.

Təəssüf ki, mənim xalqım da münaqişə və itkilərin ağrısını yaxşı bilir. Bu illər ərzində xalqlarımız əsgərlərinin və mülki əhalisinin canı və qanı bahasına əsas problemlərin öhdəsindən gəlməyi öyrənib.

İndi, Sizin gözəl ölkəniz yeni çağırışla üzləşməyə məruz qalır. Lakin təcrübəmiz bizə inamlı olmağı və heç vaxt qorxmamağı öyrədib. Heç şübhəm yoxdur ki, Siz güclü rəhbərliyiniz və zəkanızla xalqınızı daha uzun illər hər kəs üçün sülh və rifah təmin edəcək doğru yolla irəli aparacaqsınız.

İcazə verin, dostlarınız kimi Sizə bir daha həqiqi dəstəyimizi və fikirlərimizi bildirim. Hər zaman Sizə kömək etməyə hazıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər