Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin özü Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra məlumat verib.
Qeyd edək ki, Putin ilə Tramp arasındakı görüşə görə Yaponiya lideri bir saat gözləməli olub. Buna görə Putin həm öz, həm də Trampın adından Sindzo Abedən üzr istəyib.
"Mənim Birləşmiş Ştatlar prezidenti ilə olduqca uzun görüşüm oldu. Bir çox məsələlər yığılıb qalmışdı. Burada Ukrayna, Suriya və digər problemlər, bir sıra ikitərəfli məsələlər var idi", - deyə Rusiya prezidenti bildirib.