18 İyul 2017 14:23
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda robotik cərrahiyənin aparılmamasının səbəbi texnika ilə əlaqədar deyil.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə robotik cərrahiyyə aparılır: "Maliyyə çox tələb olunduğu üçün bu, az xəstəxanalar tərəfindən alınır. Həmin xəstəxanalarda ürək əməliyyatlarının aparılması statistikası götürülür və buna uyğun texnologiyalar alınır.Azərbaycanda bir sıra ürək mərkəzlərində bu mövzu ətrafında müzakirələr aparılır. Robotik cərrahiyə ilə ürək əməliyyatının aparılmasının əllə görülən əməliyyatdan fərqi yoxdur".

Cərrah qeyd edib ki, ürək əməliyyatında robotlardan isifadənin gecikməsinin tək səbəbi maliyyə çətinliyi ola bilər: "Bunun maliyyəsi o qədər yüksəkdir ki, bu, xəstə üçan astronomik nəticələrə gətirib çıxara bilər. Dünyada robotik cərrahiyə ilə iş görən həkimlər də qeyd ediblər ki, bu üsulun tətbiqi ilə insanın xəstəliyinin müalicəsində əlahiddə irəliləyişə nail olunmur. Bu sadəcə, səhiyyədə maliyyənin artmasıdır. O robotlar kadr hazırlanmasında problem olan ölkələrdə uzaqdan komanda ilə əməliyyat edilməsi məqsədilə hazırlanmışdı. Lakin bunun tətbiqi mümkün olmadı".

Rəşad Mahmudov əlavə edib ki, robotik avadanlığın servisi 2 milyon ABŞ dollarıdır: "İndiki zamanda rorbotik texnologuyanın o qədər önəmi yoxdur".

Cərrah bildirib ki, bu ilin 4 ayı ərzində Bakı Ürək Mərkəzində 160-dan çox xəstənin üzərində açıq ürək əməliyyatının mürəkkəb formaları icra olunub: "300-ə yaxın xəstədə isə innovativ, yəni qansız şəkildə damarların açılması həyata keçirilib. Əməliyyatların 20 faizi anadangəlmə ürək qüsurlu uşaqların əməliyyatı olub".


Müəllif: İlhamə

Oxşar xəbərlər