Şimali Koreya ABŞ və onun müttəfiqlərinə hücum edərsə, ağır hərbi zərbə alacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla ABŞ-ın Müdafiə naziri Ceyms Mettis çıxış edib. O deyib ki, ABŞ və ya onunla əlaqəli ərazilərə qarşı hər hansı bir təhlükə olarsa, buna Pentaqonun ağır cavab zərbəsi olacaq.
“Biz Şimali Koreya məsələsini şişirtmək niyyətində deyilik, amma buna cavab olaraq bir çox variantlarımız var”, - general bildirib.
Pentaqon rəhbəri deyib ki, Prezident Tramp bu variantlarla bağlı məlumatlandırılıb.
Qeyd edək ki, Mettis Ağ Evdə Prezident Trampla görüşdən sonra bu fikirləri mətbuata açıqlayıb.