Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi hakimiyyətə qarşı növbəti aksiyaya hazırlaşır.
Məlumata görə, hüquq müdafiəçisi bu dəfə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının boykot etməyi düşünür.
Belə ki, o, ölkədə siyasi məhbusların olduğunu iddia edir və buna görə ölkədə beynəlxalq tədbir keçirilməməlidir. L. Yunus məsələ ilə bağlı avropalı dostlarını məlumatlandıracaq.
Qeyd edək ki, bundan əvvəl Müsavat başqanı İsa Qəmbər eyni arqumentlə çıxış edərək, 2015-ci ilə qədər problem həll olunmadığı təqdirdə partiya olaraq oyunları boykot edəcəklərini açıqlamışdı.
/publika.az/