25 İyul 2014 10:14
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı oğlunun toyunda öldürmək istəyiblər.



Bu haqda Türkiyədə 22 iyul tarixində polislərə qarşı təşkil edilən əməliyyatları zamanı həbs edilən keçmiş polis məmuru Halil Karakuzulu deyib. O, polisə verdiyi ifadədə Ərdoğana qarşı təşkil edilən iki sui-qəsdin qarşısını aldıqlarını bildirib:

"Çalışdığım müddət zamanı qeyri-qanuni terror qruplarına qarşı bir çox uğurlu əməliyyatlar həyata keçirmişik. Gördüyümüz tədbirlər nəticəsində baş nazirimizə qarşı təşkil edilən iki sui-qəsdin qarşısı çətinliklə də olsa alınıb".

Qeyd edək ki, Türkiyədə başlayan ikinci həbs dalğası zamanı 50-dən artıq insan saxlanılıb. Onların arasında polis məmurları çoxluq təşkil edib.

/ans press/

Müəllif:

Oxşar xəbərlər