30 Sentyabr 2017 08:46
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir tərəfdən İraqın ərazi bütövlüyünü dəstəklədik. Digər tərəfdən xalq, mətbuat, siyasətçi olaraq ifadələrimizdə elə sözlərdən istifadə etməliyik ki, bəzi vətəndaşlarımızın qəlbinə toxunmayaq. Nə dediyimi anladınız. Manşetlərə baxdıqda sanki bizim kürd əhalimiz yoxdur kimi məsuliyyətsiz yazılara rast gəlirəm. Belə şeylərdə çox diqqətli olmaq lazımdır".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin sabiq prezidenti Abdullah Gül mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, İraqda çox ciddi proseslər gedir və Türkiyə bu məsələlərdə diqqətli olmalı, vətəndaşlarını müdafiə etməlidir: "Bu bölgədə hər kəs öz ölkəsində firəvan yaşamalıdır. Bunu təmin etmək ölkəni idarə edənlərin vəzifəsidir. Vaxtı ilə Səddamın zülmləri olmasaydı İraq bu hala düşməzdi. Suriyada o qəddarlıqlar olmasaydı ölkə bu günə qalmazdı. Bütün bunlardan dərs götürməliyik".


Müəllif: Ruslan

Oxşar xəbərlər