Türk mənşəli alman kinorejissor və ssenarist Fateh Akın 2007-ci ildə öldürülən erməni əsilli jurnalist Hrant Dinkin həyatından bəhs edən filmin işlərini dayandırıb.
Məlumata görə, rejissor buna səbəb kimi ssenarinin çox sərt hesab olunmasını göstərib.
Rejissor sözlərinə bunları da əlavə edib: “Hrant Dinkin Agos qəzetində çap olunan 12 yazısından bəhrələnən ssenari yazmışam. Heç bir türk aktyorunu Dink rolunu oynamağa razı sala bilmədim, hamısı ssenarimi çox sərt hesab elədi. Buna görə də layihəmi dayandırmaq məcburiyyətində qaldım. Hrantdan bəhs edən bir türk filminin olması əhəmiyyətli idi. Demək, vaxtı deyilmiş”.
/axar.az/