9 Dekabr 2017 10:08
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında saxlanılan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili aclıq elan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı onun vəkili Ruslan Çernolutski məlumat verib:

“Aclıq aksiyasının müddəti məlum deyil. Əgər 2 aylıq həbs qətimkan tədbiri seçilsə, aksiya bu müddətdə davam edəcək”.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara kömək və onların cinayətlərinin gizlədilməsi kimi rəsmi ittiham irəli sürüb.


Müəllif: Samir

Oxşar xəbərlər